TƏBİB-dən xaricdən gələnlərə koronavirusa görə XƏBƏRDARLIQ - FOTO

TƏBİB xaricdən Azərbaycana gələnlər üçün “14 gün” qaydasının detallarını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, vətəndaşlardan həmin qaydalara riayət etmələri tələb olunur.

Qaydalara əsasən, ölkə xaricindən son 14 gün ərzində gələnlər, buradakı ilk 14 günlərini ev şəraitində keçirməlidirlər. Olduqları məkan tez-tez havalandırılmalı, mümkün qədər az insanla təmasda olunmalıdır.

Bundan başqa, yaşlı və xroniki xəstəliyi olan insanlarla təmas olmamalıdır. Əllər sabunla tez-tez yuyulmalı, eləcə də evdən çıxanda mütləq maska taxılmalıdır. Eyni zamanda soyuqdəymə əlamətlərində mütləq 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edilməlidir.

DİGƏR XƏBƏRLƏR

Top