Milli Məclisin İntizam komissiyasına yeni sədr seçildi


Bu gün Milli Məclisin İntizam komissiyasının ilk iclası keçirilib.

Yeniavaz.com xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, iclasda Eldar İbrahimov komissiyanın yeni sədri seçilib.

Komissiyanın sədr müavini isə Fəzail Ağamalı seçilib.

Milli Məclisin İntizam komissiyasının tərkibi aşağıdakı kimidir:

1. İbrahimov Eldar Rza oğlu;

2. Həsənov Nurlan Urfan oğlu,

3. Həsənova Afət Əbil qızı,

4. İbrahimqızı Məlahət İbrahim qızı,

5. Ağamalı Fəzail Rəhim oğlu,

6. Məhəməliyev Nəsib Məhəmməd oğlu,

7. Məmmədov Hikmət Baba oğlu,

8. Məmmədov Məşhur Şahbaz oğlu,

9. Möhbalıyev Səttar Suliddin oğlu,

10. Musayev Madər Əliəsgər oğlu,

11. Səfərov Nizami Abdulla oğlu.

Qeyd edək ki, V çağırış Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abiyev idi. O, yenidən deputat seçilməyib.

DİGƏR XƏBƏRLƏR

Top