"Alov qüllələri"ndən yayılan video ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

“Alov qüllələri”ndə kəndirbazın hərəkəti ilə bağlı yayılmış video kompüter proqramları vasitəsilə hazırlanıb. 

“Alov qüllələri” Kompleksindən “Qafqazinfo”ya bildirilib ki, videonun hazırlanmasında effektlərdən istifadə olunub. Qeyd edilib ki, hər hansı bir kəndirbaz qüllələr arasında hərəkət etməyib. 

Mətbuatda yayılmış sözügedən videoda dünən kəndirbazın küləkli hava şəraitində qüllələr arasında hərəkət etdiyi və bu anın helikopter vasitəsilə çəkildiyi bildirilmişdi.

Xatırladaq ki, “Alov qüllələri” Kompleksi Bakı şəhərində ən yüksək bina hesab edilir. 




***09:00
Dünən Bakı sakinləri qeyri-adi hadisənin şahidi olublar.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, naməlum kəndirbaz “Alov qüllələri”nə qalxaraq, orada “ölüm rəqsi” sərgiləyib.

Kadrlardan göründüyü kimi, kəndirbaz küləkli Bakı havasında iki qüllənin arasından keçməyə cəhd edir.

Qeyd etmək lazımdır ki, onun məharəti həm yerdən, həm də helikopter vasitəsilə qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top