LiderTV-nin yayımının dayandırılması ilə bağlı RƏSMİ AÇIQLAMA


Milli Televiziya və Radio Şurası (MTRŞ) "Lider" televiziya kanalının yayımının dayandırılmasına münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, MTRŞ-nin Aparat rəhbəri Asəf Hacıyev "Report"a açıqlamasında bildirib ki, televiziya daxili texniki problemlər səbəbindən yayımını dayandırıb:

"Biz dünən axşam və bu gün səhər "Lider" televiziyası ilə əlaqə saxlamışıq. Problemin nə oluğunu öyrənmişik. Televiziya dünən axşamdan indiyə qədər texniki nasazlıq səbəbindən yayımını dayandırıb. Texniki problemlər aradan qaldırılandan sonra televiziya yayımını davam etdirəcək".

Qeyd edək ki, martın 10-da saat 22:01-də efirə gedən “Gecənin sehri” verilişi başlayandan sonra "Lider" TV-nin yayımı kəsilib. Hazırda telekanalın yayımı işlək deyil.

Xatırladaq ki, "Lider" TV 2000-ci ildən fəaliyyət göstərir.

***09:30
“Lider TV & Radio Azerbaijan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məsələyə Milli Televiziya və Radio Şurası (MTRŞ) münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, MTRŞ-nın Yayım və texniki məsələlər üzrə əməkdaşı Fikrət Xudzadə Unikal.org-a LiderTV-nin yayımının dayandırılması ilə bağlı məlumatı təkzib edib:

“Televiziya və radio kanalında kompleks profilaktika tədbirləri keçirilir. Bu gün saat 16:00-dan sonra kanal öz fəaliyyətin bərpa edəcək”. 


***00:40
Azərbaycanda “Lider” telekanalının yayımı dayandırılıb.

Yeniavaz.com Axşam.az-a istinadən xəbər verir ki, bir az öncə telekanal fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı təfərrüatlar hələlik bəlli deyil.

Saat 22:01-də “Gecənin sehri” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib.

Qeyd edək ki, uzun müddətdir telekanalda ciddi maliyyə problemləri yaşanırdı.

DİGƏR XƏBƏRLƏR

Top