Bakı Ağır Cinayətlər Məhkəməsi fəaliyyətini dayandırıb? - AÇIQLAMA + YENİLƏNİB​

Bakı Ağır Cinayətlər Məhkəməsinin fəaliyyətini dayandırması barədə yayılan məlumatlara münasibət bildirilib. 

Məhkəmənin sədr müavini, hakim Əfqan Hacıyev Oxu.Az-a açıqlamasında deyib ki, hazırda məhkəmə fəaliyyətini davam etdirir və yayılan məlumat yalandır:

“Bu barədə hələlik qərar yoxdur. Bir qərar olsa, ictimaiyyətə məlumat veriləcək”. 

***16:20
Bakı Ağır Cinayətlər Məhkəməsi fəaliyyətini müvəqqəti olaraq dayandırıb. 

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, koronavirusla əlaqədar məhkəmə prosesləri qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bildirilir ki, yalnız bəzi vacib işlərə baxılacaq, məhkəmə işçiləri iş yerlərinə gələcək. Ancaq proses iştirakçıları qismində sakinlərin iştirakına qadağa qoyulub.

Qeyd edək ki, bu barədə ilk məlumatı News24.az yayıb.

DİGƏR XƏBƏRLƏR

Top