İntihara cəhd edən Aysel Ələkbərzadə ilə bağlı YENİ XƏBƏR - RƏSMİ


Bakıda 8 mart günü feministlərin aksiyasında qaldırdığı şüarla ictimai qınağa tuş gələn, daha sonra intihara cəhd edən fəal Aysel Ələkbərzadə əməliyyata hazırlanır.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd edilib ki, özünü binanın 3-cü mərtəbəsindən ataraq intihara cəhd edən 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağır-sabitdir. O, sol bud sümüyünün sınığı ilə əməliyyata hazırlanır". (Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top