İranlı deputatdan koronavirusla bağlı AÇIQLAMA – “Xalqa yalan dedik”


İran parlamentinin Tehrandan olan deputatı Qulamrza Heydəri ölkədə koronavirusun yayılması ilə bağlı hakimiyyəti sərt tənqid edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Etemadonline” saytı yazıb.
Parlamentdə çıxışı zamanı Heydəri Tehran hökumətinin koronavirusla bağlı xalqa yalan söylədiyini bildirib:
“Bəzi hadisələrdə xalqa yalan söylədik. Yeni tip koronavirusun yayılması ilə bağlı həqiqətlər də gec açıqlandı. Belə vəziyyət inamsızlığı artırdı. Qum şəhərində lazımi tədbirlər görülmədi. Xalqın sağlamlığını təhlükəyə atan şəxslər edam edilməli, ölkədə bununla bağlı qarışıqlıq yaradanlar  məhkəmə qarşısına çıxarılmalıdır”.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top