Nazir bu şəxsə Nəsimi polisində yüksək vəzifə verdi

Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi dəyişdirilib. 

Yeniavaz.com “yenisabah”a istinadla xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu barədə müvafiq əmr imzalayıb. Əmrə əsasən, Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polkovnik-leytenant Füzuli Əhmədov tutduğu vəzifədən azad edilərək, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, Füzuli Əhmədov Sumqayıt ŞPİ-də baş müstəntiq, İstintaq Şöbəsinin rəis müavini və rəis vəzifələrində çalışıb. 

DİGƏR XƏBƏRLƏR

Top