Prezident Milli Məclisin yeni tərkibdə keçirilən ilk iclasında ÇIXIŞ EDİB


Yeniavaz.com
xəbər verir ki, Altıncı çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında iştirak edən Prezident İlham Əliyev nitq söyləyib.

***  11:06
Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb. 

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

İclasdan əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputat vəsiqələrini təqdim edib.

İclasda Dövlət Himni səsləndirilib.

İclas Milli Məclisin ən yaşlı deputatı Fəttah Heydərovun sədrliyi ilə keçirilir. Fəttah Heydərov Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. İclasda sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilib.

İclasda təşkilati məsələlərə baxılır.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Milli Məclisin Spikeri postuna Sahibə Qafarovanın namizədliyi irəli sürülüb. YAP-ın Milli Məclis sədrinin müavini postuna namizədi Əli Hüseynlidir. 

Milli Məclisdə bitərəf deputatların Milli Məclis Sədrinin müavini postuna namizədi isə Adil Əliyevdir.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top