Mingəçevirdə zəncirvari qəza baş verib, yaralananlar var – VİDEO

Mingəçevir şəhərində biri mikroavtobus olmaqla, dörd maşının işitrakı ilə zəncirvari yol qəzası baş verib.

Yeniavaz.com xəbər verir ki, hadisə şəhərin  M.Maqomayev prospektində qeydə alınıb. Qəza zamanı üçü "VAZ" markalı, biri isə mikroavtobus olmaqla dörd avtomobil bir-birinə çırpılıb. Qəza nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Bunlar 1980-ci il təvəllüdlü Eldəniz Telman oğlu İmanov, 1993-cü il təvəllüdlü Samir Mübariz oğlu Cəfərli, 1992-ci il təvəllüdlü Fədai İntiqam oğlu İbadov və 1980-ci il təvəllüdlü Natiq Ramiz Oğlu Əhmədovdur. Faktla bağlı araşdırma aparılır.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top