Qənirə Paşayeva: "Başda Həbib Müntəzir olmaqla bunu yayan hər kəs..."


Millət vəkili Qənirə Paşayeva araşdırmaçı jurnalist Həbib Müntəzirin onun biznesi ilə bağlı yaydığı siyahıya sərt reaksiya verib.

Yeniavaz.com xəbər verir ki, Q.Paşayeva onun yaydığı siyahını yalan, böhtan adlandırıb: “Bütün hər kəsin diqqətinə! Xahiş edirem bu məlumatı oxuyun! Əziz dostlar bir azdan xaricdə oturub yalan sıyahılar yayan Həbib Müntəzir adlı yalançı və böhtançının güya mənim ve ailəmin biznesidir deyə yaydığı siyahı ilə bağlı daha geniş açıqlamam olacaq. Bütün müstəqil jurnalistləri çağırıram. O siyahıda Bakı şəhərində 3 otaqlı evdən və illərdir yaşadığım Masazır kəndindəki evimdən, hansıki bu evdə bir çox jurnalistlər olub hər kəs də gəlib baxa bilər. Burada çox insanlar yaşadığım evi tanıyır (dəbdəbəli villadan söhbət gede bilməz). O iki evdən başqa, siyahını araşdırın, görün kimlərə məxsusdır. Tam mesuliyyətlə deyirəm, o siyahadakı rayonlardakı bizneslerin, o cümlədən Tovuzda otelin mənə, qardaşlarıma, bacıma bir sözlə bizim ailəyə aidiyyatı yoxdur. Hansı jurnalist istəyirsə o siyahanı alıb araşdırsın, gerçəkləri ortaya çıxarsın. Görsünlər ki, həmin yerler kimindir və mənim ailəmlə ümumiyyətlə hər hansı bağlılığı varmı. Bunu araşdırmaq çox asandır”. 

Millət vəkili siyahı yayan başda Həbib Müntəzir olmaqla hər kəsin ondan üzr istəməsini gözlədiyini bildirib: “Amma başda bu yalan siyahını yayan yalançı ve böhtançı Həbib Müntəzir başda olmaqla bu yalanı yayanların hamısından cəmiyyət önündə məndən üzr istəmələrini gözləyirəm. Daha geniş açıqlama da olacaq. Yalanlara artıq yeter deməyin zamanıdır. Mən illərlə gecə-gündüz onun üçün çalışmıram ki, Həbib Müntəzir kimilərinin yalanları belə rahat yayılsın. Mən jurnalist kökənliyəm ve Həbib Müntəzir də siyası düşüncələrimdən dolayı, cənab Prezidenti dəstəklədiyimdən dolayı əleyhimə sosial mediada bu yalanları yayan trol ordusuna da cavab verməyə qabiliyyətim çox şükür çatır. Sadəcə onların yalanlarına cavab verməyə sərf etdiyim enerjini cəmiyyət üçün faydalı işlərə sərf etmək daha vacibdir. Xaricdə oturub yalan yaymaq asandır. Amma hər bir insan yalanlarına görə cavab verməlidir. O siyahıda şəhərdəki 3 otaqlı evimdən və Masazırdakı evimdən - bura həm də bağımdır( başqa yerdə bağım yoxdur) başqa nə varsa, əgər deyirsinizsə mənimdir, sizə bağışlayaram. Gedin, həmin yerə onda gerçəklər ortaya çıxacaq. Adama daha necə izah edərlər. Amma təssüf ki, Həbib Müntəzir kimilərinin dərdi gerçəyin ortaya çıxması deyil, yalanları yaymaqdır. Ona bu yalanlara görə heç cavab da verməyəcəkdım. Sadəcə yazdıqlarına hər hansı vətəndaşımız inana bilər deyə onlara, vətəndaşlarımıza sayğımdan yazdım. Çünki Müntəzirlər əslində bu yalanı məqsədli yayıb. Yazdığım bu yazını yayın, qoyun bütün insanlarımız yalan siyahı yayanları tanısın”.

Qənirə Paşayeva sonda Həbib Müntəzirin yaydığı siyahını da paylaşıb: 

🔹 Bakı, Nəsimi rayonu, S.Əsgərova küç. ev 156 şəxsi mənzili
🔹 Badamdar, Masazır, Şamaxı, Mehdiabadda dəbdəbəli villalar
🔹 Kristal Abşeron yaşayış kompleksində mənzillər
🔹 Sumqayıtda Qurd Dərəsi bağlarında böyük bir bağı
🔹 Xudat meşəsində böyük bir ferması
🔹 Siyəzəndə quşçuluq fabriki
🔹 Qubada xüsusi sort ting qoz ağacı sahələri, alma bağları
🔹 Qusar rayonunda hektarlarla fındıq bağları
🔹 Xaçmaz rayonu, Maqsudkənd ərazisində findiq bağları
🔹 Tovuz rayonunda dəbdəbəli hoteli və iri ferması
🔹 Maştağa qəsəbəsi, "Savxoz" adlanan yerdə hektarlarla parniklər
🔹 Sabirabadda hektarlarla qarpız sahələri
🔹 Bakının Zirə kəndində istixanalar
🔹 Salyan rayonu, Xələc kəndində böyük ərazidə üzüm bağları, sarımsaq sahələri
🔹 Şabran, Xaçmaz, Tovuzda hektarlarla bağları
🔹 Bakının Mehdiabad qəsəbəsində iri bir ferması
🔹 Sumqayıt Texnologiya Parkı ilə üzbəüz zavodu
🔹 Xudat istiqamətində hektarlarla gilas bağları
🔹 Bakıda Əcəmi metrosunun çıxışında obyektləri
🔹 Sumqayıtda "Turan" restoranlar şəbəkəsinə "krişalıq" etdiyi deyilir
🔹 Sumqayıt-Novxanı-Binəqədi marşrutu ilə işləyən 985 nömrəli avtobus xətti
🔹 Ələtdən üzü Salyana sağ tərəfdə, Şirvan kanalın sağında böyük bir balıq gölü
🔹 Türkiyə, Gürcüstan, Monteneqro, Maltada biznesi, mənzil və obyektləri olduğu iddia olunur

DİGƏR XƏBƏRLƏR

Top