Şagirdlər dərslərdən geri qalmamaq üçün nə etməlidir? - Ekspertdən açıqlama + VİDEO

 
Məktəblərin bağlanması ilə tətil günlərinin sayı təxminən 1 aya çatdı. Belə olan halda bir çox valideyni övladlarının təhsildən geri qalması məsələsi narahat edir.
Mütəxəsislər isə bildirir ki, şagirdlər evdə qalaraq da vaxtlarını daha səmərəli keçirə bilərlər. Bunun üçün də bir çox imkanlar var.
“Təhsil Nazirliyinin video.edu.az saytı vasitəsilə bir çox dərsin materiallarını götürüb oxuya bilərlər”
Təhsil üzrə ekspert Qoşqar Məhərrəmovun sözlərinə görə, şagirdlərin bu müddət ərzində dərs prosesindən tam uzaqlaşmaması üçün valideynlərin mütləq dərs təlimini gündəlik rejim halına salması vacibdir.
Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq respublika ərazisindəki təhsil müəssisələrində dərslər martın 27-nə kimi dayandırılıb.


İlhamə Kələyeva, İlkin Əmirov
 

DİGƏR XƏBƏRLƏR

Top