Dərslərin dayandırılması qərarı özəl hazırlıq kurslarına da aiddirmi? - RƏSMİ AÇIQLAMA


"Nazirlər Kabinetinin təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı verdiyi qərar özəl hazırlıq kurslarına da aiddir".
Bu sözləri Yeniavaz.com-a açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. O bildirib ki, Nazirlər Kabinetinin təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı verdiyi qərar mülkiyyət hüququndan asılı olmayaraq bütün təhsil müəssisələri üçün nəzərdə tutulub.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən bəzi özəl kurslarda dərslərin olub-olmadığı ilə bağlı polisin yoxlamalar apardığı barədə redaksiyamıza şikayət daxil olub. Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovla əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, polis bu cür işlərə qarışa bilməz:
"Bu xəbər tamamilə yalandır. Deyilənlər də şaiyədir. Belə hallar baş verəndə aididiyyatı dövlət orqanlarına şikayət edilməlidir". 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top