Koronavirusla mübarizə apardığı deyilirdi - 100-dən çox adam zəhərləndi


Spirtli içkinin koronavirusla mübarizə aparması ilə bağlı yayılan şaiyələrdən sonra İranda spirtli içki qəbul edənlərin sayı artıb. 
Yeniavaz.com
xəbər verir ki,  “Fars” xəbər agentliyinə danışan Tibb Elmləri Universitetinin rektoru Fərhad Əbul Nejadiyan, bir neçə gün ərzində Huzistan və  Ahvaz əyalətində saxta içkidən zəhərlənərək həyatını itirənlərin sayının 20-yə çatdığını bildirib.  Bundan əlavə, 100-dən çox insan xəstəxanada müşahidə altındadır.
Bildirilir ki, spirtli içkinin viruslarla mübarizə aparması ilə bağlı yayılan şaiyələrdən sonra əyalətdə həm spirtli içki qəbul edənlərin, həm də  saxta içki istehsal edən şirkətlərin sayı artıb.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top