Vilayət Eyvazov mayora şöbə rəisi vəzifəsi verdi - ƏMR

Daxili İşlər orqanlarında yeni təyinat olub. 

Yeniavaz.com “yenisabah”a istinadla xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq Şöbəsinin rəisi, polis mayoru Rüfət İbayev tutduğu vəzifədən azad olunaraq BŞBPİ-i Xətai Rayon Polis İdarəsi İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, nümunəvi polis zabiti olan İbayev Rüfət Alış oğlu 2015-ci ildə Azərbaycan prezidenti İlham Əliyev sərəncamı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə, “Vətən uğrunda” medalı ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top