Saxta pasportla Almaniyaya gedən azərbaycanlı ailə deportasiya ediləcək


Ötən ilin dekabr ayında Almaniyaya gedən Əsədovlar ailəsinin Azərbaycana deportasiya edilməsi üçün bütün prosedurlar yekunlaşıb.

Yeniavaz.com “report”a istinadən xəbər verir ki, buna səbəb azərbaycanlı ailənin Macarıstana aid saxta viza ilə ölkəyə səyahət etməsidir.

Məlumatda bildirilir ki, Əsədovlar ailəsi - 30 yaşlı Nuray Əsədova, qardaşı Hüseyn, anası Rada, qaynanası Rəhilə, uşaqları Rada və Atilla ilə Macarıstan və Çexiyadan keçməklə Almaniyaya daxil olublar.

Onların səyahət etdiyi avtomobil Pirna şəhərində polislər tərəfindən saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top