Ali Məhkəmənin sədri Tahir Kərimlinin qərarlarının “üstündən xətt çəkdi”

Ali Məhkəmənin Plenumunun bəzi qərarları qüvvədən düşüb.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev qərar imzalayıb.

Belə ki, “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 16 oktyabr 1992-ci il tarixli,  “Əmək müqaviləsinin bağlanmasının dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” 3 may 1993-cü il tarixli qərarlar qüvvədən düşüb.

Qeyd edək ki, hər iki qərar Ali Məhkəmənin həmin tarixlərdə sədri işləmiş Tahir Kərimli tərəfindən verilib.

Tahir Kərimli 1992-ci ilin 2 iyulundan 1993-cü ilin 29 iyuluna qədər Ali Məhkəməyə sədrlik edib.

Qeyd edək ki, Tahir Kərimli Milli Məclisin beşinci və altıncı çağırış deputatıdır.

DİGƏR XƏBƏRLƏR

Top