Putinə evlənmə təklifi edən qadının yazdığı məktub ortaya çıxdı: "28 yaşım var" - FOTO


Ötən gün Rusiya Prezidenti Vladimir Putinə yaxınlaşaraq evlənmə təklifi edən qadının yazdığı məktub ortaya çıxıb.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, prezidentə uzun müddətdir heyran olduğunu söyləyən aktrisa Yuliya Şilovan Putinə göndərdiyi fotoların arxasında bu qeydləri yazıb:
“Mən Yuliya, İvanovo şəhərindənəm. Mənimlə evlənin! 28 yaşım var, ali təhsilliyəm, uşağım yoxdur və maddi problemlərim var”.
Xatırladaq ki, Putinə isə bu hadisədən sonra "indi bu qız bütün ölkədə tanınacaq" deyə ətrafdakı şəxslərlə zarafatlaşıb.
Qeyd edək ki, V.Putin 1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. 30 il ailəli qaldıqdan sonra isə 2013-cü ildə rəsmi olaraq boşanıblar.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top