DİN Saatlıdakı qətllə bağlı məlumat yaydı


Daxili İşlər Nazirliyi (DİN) martın 7-də Saatlıda baş vərən qətllə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, rayonunun Qara Nuru kənd sakini Paşa Qardaşov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top