Prezidentin yeni təyin etdiyi icra başçısı şəhid analarını ziyarət etdi - FOTO


8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı MirHəsən Seyidov və icra aparatı işçiləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri şəhid analarını ziyarət edib.

Yeniavaz.com xəbər verir ki, icra başçısı onlara hədiyyələr təqdim edərək bayramlarını təbrik edib.

İcra nümayəndəliyi adından Neftçala rayon ərazisində məskunlaşmış 83 şəhid ailəsi ziyarət olunub. Şəhid ailələri ilə görüş zamanı sakinlərlə fərdi söhbət aparılaraq, onları narahat edən məsələlər dinlənilib, aidiyyəti üzrə problemin həllinə dair göstərişlər verilib və araşdırılması üçün qeydlər aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top