Gəncədə qaz sızması partlayışa səbəb olub.
Yeniavaz.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.
1975-ci il təvəllüdlü qəsəbə sakini Kəmalə Fətəliyeva təndirdə qazı yandırmaq istəyərkən partlayış olub. O, yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib.
Vəziyyəti kafi qiymətləndirilir.