“Mançester Siti” uduzub, “Liverpul” növbəti tur çempion ola bilər


İngiltərə Premyer Liqasında XXIX tur davam edir.

Ikinci oyun günündə 2 matç baş tutub.

“Çelsi” “Everton”u qəbul edib. Hər hissədə iki qol vuran London təmsilçisi rəqibini darmadağın edib. 

Günə Mançester derbisi ilə yekun vurulub. “Mançester Yunayted” evdə “Mançester Siti” ilə qarşılaşıb. Hər hissədə bir dəfə rəqib qapısına qol tapan meydan sahibləri üstünlüyünü sonadək qoruyub. Pep Qvardiolanın yetirmələrinin bu məğlubiyyəti “Liverpul”u çempionluğa daha da yaxınlaşdırıb. Artıq mersisaydlılara qızıl medalları təmin etmək üçün cəmi 2 qələbə kifayətdir. 

“Liverpul” hətta növbəti turda çempion ola bilər. Əgər qarşıdakı həftə “Mançester Siti” “Arsenal”la təxirə salınan oyun və ya “Bernli” ilə görüşdən birində uduzsa, və ya iki heç-heçə etsə, Yurgen Kloppun yetirmələri qələbə ilə istəyinə çatacaq. Mançesterlilər hər iki  qarşılaşmada məğlub olsa, “Liverpul” “Everton”la qarşılaşmaya çempion kimi çıxacaq.

Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.

İngiltərə Premyer Liqası
XXIX tur
8 mart
“Çelsi” – “Everton” – 4:0

Maunt, 14, Pedro, 21, Villian, 51, Jiru, 54
“Mançester Yunayted” – “Mançester Siti” – 2:0
Marsial, 30, Maktominay, 90

1.

Liverpul

29

27

1

1

66:21

82

2.

Mançester S.

28

18

3

7

68:31

57

3.

Lester

28

15

5

8

54:28

50

4.

Çelsi

29

14

6

9

51:39

48

5.

Mançester Y.

29

12

9

8

44:30

45

6.

Vulverhempton

29

10

13

6

41:34

43

7.

Şeffild Y.

28

11

10

7

30:25

43

8.

Tottenhem

29

11

8

10

47:40

41

9.

Arsenal

28

9

13

6

40:36

40

10.

Bernli

29

11

6

12

34:40

39

11.

kristal P.

29

10

9

10

26:32

39

12.

Everton

29

10

7

12

37:46

37

13.

Nyukasl

29

9

8

12

25:41

35

14.

Sauthempton

29

10

4

15

35:52

34

15.

Brayton

29

6

11

12

32:40

29

16.

Vest Hem

29

7

6

16

35:50

27

17.

Uotford

29

6

9

14

27:44

27

18.

Bornmut

29

7

6

16

29:47

27

19.

Aston Villa

27

7

4

16

34:52

25

20.

Norviç

29

5

6

18

25:52

21

ApaSport

DİGƏR XƏBƏRLƏR

Top