Yaponiyada koronavirusa yoluxanların sayı artdı

Yaponiyada koronavirusa yoluxanların sayı 1 189 nəfərə çatıb.

Bu barədə NHK telekanalı bildirib.

Qeyd edilir ki, onların əksəriyyəti - 696 nəfər Tokio yaxınlığındakı Yokohama limanında saxlanılan “Diamond Prinsess” kruiz laynerinin sərnişinləri və heyət üzvləridir.

Son gün ərzində ölkədə koronavirusa 33 nəfər yoluxub, bir nəfər dünyasını dəyişib.

Bu günədək Yaponiyada koronavirusa yoluxan 14 nəfər dünyasını dəyişib.

Yoluxanların ən çoxu Hokkaydo (104 nəfər) və Ayti prefekturasındadır (80 nəfər). Paytaxt Tokioda 64, Osaka prefekturasında isə 55 nəfər koronavirusa yoluxub.(report)

DİGƏR XƏBƏRLƏR

Top