DYP əməkdaşları Mingəçevirdə qadın sürücüləri təbrik etdi

Dövlət Yol Polisinin (DYP) Mingəçevir bölməsi şəhərin müxtəlif ərazisində  8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sükan arxasında olan qadın sürücüləri təbrik edib. Belə ki, bölmənin əməkdaşları tərəfindən onlara çiçəklər hədiyyə olunub. Günortaya qədər 20-dan artıq qadın sürücü belə sürprizlə qarşılaşıb.
PX  əməkdaşları sürücü xanımları saxlayaraq həmçinin onlarla maarifləndirici söhbətlər də apararaq bayram münasibətilə hər hansı cərimə tətbiq etməyəcəklərini bildiriblər. Mingəçevir Yol polisi bölməsinin rəisi Cəmşid Abbasov da qafınları təbrik etdiyini bildirib:  ki, "Bu dəfə də ənənəmizə sadiq qalaraq zərif cinsin nümayəndələrini bayram günü sükan arxasında sevindirməyə nail olduq”. Bu gün sürpirizlərlə qarşılanan xanım sürücülər son zamanlar polisin xeyirxah əmələrinin şahidi olduqlarını vurğulayıblar və Azərbaycan polisinə minnətdarlıq bildiriblər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top