Oğuzda 300 m2 sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb - Yenilənib



Bu gün Oğuz rayonunun Calut kəndi ərazisində 300 m2 sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, meşə yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. (apa)

*18:15
Oğuzda meşəlik ərazi yanır.

Yeniavaz.com "report"a istinadla xəbər verir hadisə rayonun Calut kəndi yaxınlığında, dağlıq-meşəlik ərazidə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə hissəsinin Oğuz rayon yanğından mühafizə xidmətinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün işlər aparılır.

DİGƏR XƏBƏRLƏR

Top