Millimizin hücumçusu debüt oyununda het-trik etdi - VİDEO

Futbol üzrə ABŞ Peşəkar Futbol Liqasında yeni mövsümə start verilib.  

Yeniavaz.com xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rizinq” də yeni mövsümdə ilk matçına çıxıb. 

Sözügedən komanda ilk turda doğma meydanda “Portland 2” ilə qarşılaşıb. Rüfətin komandası bu oyunda darmadağınla qalib gəlib – 6:1. 

Qarşılaşmaya start heyətdə başlayan Rüfət het-triklə yadda qalıb. O, 13, 24 və 65-ci dəqiqələrdə fərqlənməklə komandasının qələbəsində müstəsna rol oynayıb.  

Xatırladaq ki, Dadaşov qış transfer dövründə Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Proyssen”dən “Finiks Rizinq”ə keçib. 


(oxu.az)
 

 

DİGƏR XƏBƏRLƏR

Top