Bu ölkə də İranla sərhəd-keçid məntəqələrini bağladı

İraq hökuməti koronavirusun yayılması səbəbindən İranla sərhəddə beş keçid məntəqəsini bağlayıb. Bu barədə “Al-Sumaria” telekanalı Sərhəd-Keçid Məntəqələri İdarəsinin rəhbəri Kazım əl-Əkəbiyə istinadən xəbər verib.

Əl-Əkəbiyə qeyd edib ki, sərhəd məntəqələri bazar günündən etibarən bir həftə müddətinə bağlanıb.

Qeyd edək ki, İranda 7 mart tarixinədək 5823 nəfər koronavirusa yoluxub. Onlardan 1669-u sağalıb, 145-i isə ölüb. (qafqazinfo)

 

DİGƏR XƏBƏRLƏR

Top