Səudiyyə Ərəbistanı qarışdı - Kralın qardaşı həbs edildi, özü isə ortalıqda yoxdur


 
Səudiyyə Ərəbistanında 20 nüfuzlu şəxs həbs edilib.
 
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin qardaşı Əhməd bin Əbdüləziz və Muhamməd bin Nayəf evlərində keçirilən xüsusi əməliyyatla həbs edilib. Bu hadisədən sonra sosial şəbəkələrdə Kral Salman öldüyü iddiası ortaya atılıb. Daha sonra 20 şahzadənin də vətənə xəyanətdən həbs edildiyi xəbəri yayılıb. Əməliyyatın vəliəhd şahzadə Muhamməd bin Salmanın əmri ilə həyata keçirildiyi bildirilib. Hadisə ilə bağlı kral Salman bin Əbdüləzizdən hələlik heç bir açıqlama gəlməyib.
 
Ruslan Yusibov
 
 

DİGƏR XƏBƏRLƏR

Top