Azərbaycan-Gürcüstan sərhəddində dezinfeksiya işləri davam etdirilir - FOTO


"Qırmızı körpü" sərhəd buraxılış məntəqəsinin bir addımlığında yerləşən "Sınıq Körpü" avtovağzalında dezinfeksiya tədbirləri aparılır.

Yeniavaz.com "baku.ws"-ə istinadla xəbər verir ki, avtovağzalın gözləmə zalı, kassa satış mərkəzi, əl tutulan məhəccərlər, dezinfeksiya edilib.

Eyni zamanda, gün ərzində paytaxt istiqamətinə yola düşən 20 iri tutumlu avtobusun salonu, yük bölməsi və xarici üz hissəsi də xloromil məhlulunun vasitəsilə dizinfeksiya olunub.

Profilaktik tədbirlər, həmçinin yaxınlıqda yerləşən iaşə obyektlərində də aparılıb.

"Sınıq Köprü" avtovağzalı gün ərzində ən sıx olan avtovağzallardan biridir.

Buradan Gürcüstan, Türkiyə və digər ölkələrə yük və sərnişin daşınır.

DİGƏR XƏBƏRLƏR

Top