Sabahın HAVA PROQNOZU


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu  gecə 4-7° isti, gündüz  11-16° isti, Bakıda  gecə 4-6° isti, gündüz 14-16° isti olacaq.
 
Atmosfer  təzyiqi  normadan yüksək 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq. 
Martın 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə  duman olacaq. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 3-8° isti,  gündüz 15-20°  isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti  olacaq. (apa)

DİGƏR XƏBƏRLƏR

Top