ABŞ prezidenti Donald Trampın iştirak etdiyi iclasda koronavirus daşıyıcısı aşkarlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-da Donald Tramp və köməkçisi Mayk Pensin iştirak etdiyi iclasda bir nəfərdə koronavirus aşkarlanıb. Hadisə ilə bağlı açıqlama verən Ağ Ev bildirib ki, Tramp və ya Pens həmin şəxslə yaxın ünsiyyətdə olmayıb. İclasda iştirak edənlər içərisində başqa xəstənin olub olmadığı isə hələlik bilinmir.
Ruslan Yusibov