Bu vitaminlərin çatışmaması onkoloji şişlər yaradır – ALİMLƏR


Alimlər orqanizmdə bir qrup vitamin defisitinin yeni bədxassəli törəmələrin yaranmasına təkan verdiyini açıqlayıb.


İngiltərəli mütəxəssislər xüsusilə D, A, E, B, C vitaminlərinin çatışmamasının onkoloji xəstəliklər yaranması riskini artırdığını açıqlayıb.

"Biochemical and Biophysical Research Communications" dərgisində çap olunan elmi yazıda insanların həyatı üçün vitamin çatışmazlığının təhlükəli olması barədə məlumat yer alıb.

İnsanlar günəş işığının bədənə təmasından qaçır, halbuki məhz bu şüalar D vitamini sintez edir.

Məhz D vitamini ilə baş verən kimyəvi birləşmələr kastrasion –rezistentli şişlərin yaranmasının qarşısını alır.

Bu vitamin testosteron, deqidrotestosteron və bir çox androgenlərin normadan artıq həddi aşıb, yeni törəmə əmələ gətirməsinə qarşı təsir edir.

Məhz D3 vitamini defisiti onkologiyanı inkişaf etdirir.

Rus alimləri bədxassəli törəmələrlə vitaminlərin əlaqəli olduğunu sübut edib və uşaqlıq boynu xərçənginin də yaranmasında D vitamini əskikliyinin rolu olduğuna əmindir.

Bu vitamin qidalardan kök, balqabaq, brokkoli, yumurta, balıq, bibər kimi ərzaqlarda var.

Alimlər vitamin defisitinin qarşısını almaq üçün müxtəlif cür və keyfiyyətli qidalanmağı, günəş şüası vannası qəbul etməyi, əgər vitamin azlığı varsa, onu əlavələrlə tənzimləməyi, eləcə də bol göyərti, yaxşı ət, bitki və kərə yağı, paxla və yarmalılar yeməyi tövsiyə edir.//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top