"Neftçi"nin qapıçısına hipoksiya diaqnozu qoyuldu


"Sabah” komandası ilə Azərbaycan Premyer Liqasının XX tur matçının ikinci hissəsində səhhəti pisləşərək əvəzlənən "Neftçi"nin qapıçısı Aqil Məmmədovun vəziyyətinə aydınlıq gəlib. 

Stres nəticəsində yaranmış təngənəfəslik ilkin yardım göstərildikdən sonra da tam keçmədiyi üçün əvəzlənmiş qapıçı oyundan sonra tam müayinədən keçmək üçün klinikaya aparılıb. Fiziki və klinik müayinələrdən sonra stress fonunda əmələ gələn hipoksiya diaqnozu qoyulub.

Həkimlərin rəyinə əsasən, hazırda qapıçının vəziyyəti stabildir və o, bir-iki günlük istirahətdən sonra məşqlərə qoşulacaq.

Qeyd edək ki, "Sabah"la oyun "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 4:0.

DİGƏR XƏBƏRLƏR

Top