Şəhid hərbi qulluqçumuz dəfn olundu


Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Qarayev Eltun Elman oğlu ilə doğulduğu Bərdə rayonu Qazqurdalı kəndində vida mərasimi keçirilib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Qarayev Eltun Elman oğlu kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində rayon rəhbərliyi, DSX-nın nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

DİGƏR XƏBƏRLƏR

Top