Oğuzda meşədə baş verən yanğın söndürüldü - YENİLƏNİB

Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında 2 ha sahədə kol-kos və ağaclar yanıb.
Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, meşə zolağı yanğından mühafizə olunub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin ərazi üzrə yerli bölmələrinin əməkdaşları tərəfindən söndürülüb.
Quba rayonunun Qonaqkənd qəsəbəsində həyətyanı sahəyə yığılan 3 ton ot bağlamasının 2,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

16:07***

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top