Erkin Qədirli parlamentin bu komitələrinin üzvü olacaq

Milli Məclisə növbədənkənar seçkilərdə deputat seçilən Erkin Qədirli parlamentin iki komitəsinin üzvü olacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə Erkin Qədirli özünün “Facebook” hesabında bildirib.

O bildirib ki, bu gün Milli Məclisin Aparatında olub, deputat nişanını və rəsmi blankları alıb.

“Vəsiqəni ikinci iclasda verəcəklərini söylədilər”,- deyə Erkin Qədirli əlavə edib.

Onun sözlərinə görə, Milli Məclisin iki komitəsinə yazılıb.

“Əsas komitəm Hüquq siyasəti və dövlət quruculuğudur. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə də üzv yazıldım”,- deyə o əlavə edib.

Qeyd edək ki, Erkin Qədirli fevralın 9-da keçirilən seçkilərdə 16 Yasamal İkinci Seçki Dairəsindən deputat seçilib.

DİGƏR XƏBƏRLƏR

Top