Azərbaycan ordusunun istefada olan zabiti vəfat edib – FOTO


Azərbaycan ordusunun istefada olan zabiti -mayor Ceyhun Salmanov uzun sürən ağır xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.
Qazinin yaxın qohumlarının Yeniavaz.com-a verdiyi məlumata görə, mayor Ceyhun Salmanov 2018-ci ildən xərçəngin nadir rast gəlinən “anaplastiktiroid” növündən əziyyət çəkirdi.
Məlumat üçün bildirək ki, Salmanov Ceyhun Tahir oğlu 1980-ci ildə Göyçay rayonunda anadan olub. 2001-ci ildən 2005-ci ilədək Dövlət Sərhəd Xidmətinin bir neçə hərbi hissəsində xidmət edib. 2004-cü ildə minaya düşərək ağır yaralanması nəticəsində 2-ci qrup əlillik dərəcəsi verilib. 2004-cü ilin iyul ayında Azərbaycan Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. Daha sonra müxtəlif hərbi hissələrdə quluq edən mayor Ceyhun Salmanov 2018-ci ildə istefaya göndərilib.
Allah Rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top