Bakı-Sumqayıt yolunda qəza tıxac yaratdı


Bakı-Sumqayıt yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xırdalan dairəsində qeydə alınıb.

Belə ki, 10-LF-191 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil 99-PF-855 dövlət nömrə nişanlı “Ravon N 3” markalı avtomobili arxadan vurub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. 

Nəticədə yolda tıxac yaranıb. Hazırda tıxacın aradan qaldırılması üçün tədbirlər görülür.//Report

DİGƏR XƏBƏRLƏR

Top