Sakinlərin istifadə etdikləri suya çirkab suları qarışır - VİDEO


İsmayıllıda sakinlərin istifadə etdiyi su kanalına çirkab suları qarışır. Yerli sakinlərin sözlərinə görə, bu sudan onlar təsərrüfatlarda istifadə edirlər.
Lakin son vaxtlarda vəziyyət o yerə çatıb ki, sudan istifadə etmək mümkün olmur. Çünki, kanala çirkab suları qarışır.
Rayon ərazisində kanalizasiya sularının təmizlənməsi üçün İsmayıllı su kanal sahəsinin tullantı su təmizləyici qurğular müəsisəsi yaradılıb. Müəssisənin rəisi bildirib ki, kanalizasiya xətti ilə gələn sular təmizlənir. Bəzi ərazilər var ki, onlar xəttə qoşulmur və kanalizasiya sularını birbaşa su kanalına axıdırlar.
Emil Rəhimov deyir ki, bununla bağlı sakinlərlə söhbətlər aparılır ki, kanalizasiya xəttinə qoşulsunlar.

(Xəzər Tv)

DİGƏR XƏBƏRLƏR

Top