Vasif Talıbovdan yeni təyinat


Naxçıvan MR-in Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yaradılması haqqında fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, fərmana əsasən, yeni qurum Naxçıvandakı Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əsasında yaradılıb.
Fərmanla yeni səhmdar cəmiyyətinin nizamnaməsi təsdiq edilib, yerli Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. 
Qeyd edək ki, Vasif Talıbovun imzaladığı digər fərmanla Yəhya Salman oğlu Allahverdiyev  “Naxçıvan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri təyin edilib.
O, bundan əvvəl ləğv edilən Dövlət Komitəsinin sədr müavini olub. 

DİGƏR XƏBƏRLƏR

Top