Koronavirusa görə kağız pulları dezinfeksiya edirlər? – Banklardan AÇIQLAMA


Hazırda dünyanın əksər ölkələrində yayılmış və minlərlə insanın ölümünə səbəb olan koronavirusun yoluxma üsullarından biri də gündəlik istifadə etdiyimiz kağız pullardır. Bununla bağlı mətbuata açıqlama verən Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev, dövriyyədə olan pul nişanlarının təmizliyinin və yüksək keyfiyyətinin təmin edilməsi üçün Mərkəzi Bank tərəfindən kommersiya banklarına daim xüsusi göstərişlər verildiyni bildirdmişdi.
Biz də bu sahədə kommersiya banklarında aparılan tədbirlər haqqında məluumat almaq üçün onlardan bəziləri ilə əlaqə saxladıq.
“Ata Bank”ın mətbuat xidmətindən Yeniavaz.com-a bildirildi ki, bununla bağlı onlara göstəriş verilib:
“Bizə təlimat verilib, istirahət günlərində dezinfeksiya olunacaq”.
“Azər Türk Bank”ın mətbuat xidmətindən verilən açıqlamada isə, kağız pulların dezinfeksiyası işinin Mərkəzi Bank tərəfindən həyata keçirildiyi bildirildi:
“Bizdə dezinfeksiya yox, antibakterial maddələr qoyulub, həm kassaya, həm əməkdaşlar üçün, həm də müştərilər üçün. Onlar bu antibakterial mayedən və salfetlərdən istifadə edirlər. Bizə daxil olan pulları hava keçirməyən salafanlarda saxlayırıq ki, bu da bakteriyaların yayılmasının qarşısını alır”.
“Bank of Baku”dan da verilən məlumatda, həftəsonu dezinfeksiya işlərinin aparılacağı bildirildi:
“Bizdə dezinfeksiya işləri aparılır, hətta bank daxili antibakterial məhlullar yerləşdirilib, həm müştərilər, həm də əməkdaşların istifadəsi üçün. Eyni zamanda bu həftəsonu dezinfeksiya işlərinin aparılması planlaşdırılıbdı”.
“Kapital Bank”ın mətbuat xidmətindən bildirdilər ki, kağız pulların dezinfeksiyası üçün lazım olan avadanlıq yalnız Mərkəzi Bankda mövcuddur:
“Sözügedən dezinfeksiyanı etmək üçün xüsusi bir avadanlığa ehtiyac var. Bu avadanlıq banklarda yoxdur. Pullar Mərkəzi Banka təhvil veriləndə, orada dezinfeksiya olunur. Heç bir bank bu xidməti göstərmir, çünki bunun üçün xüsusi bir yer və avadanlıq olmalıdır”.
Qeyd edək ki, Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri N. Əliyev, təkrar dövriyyəyə buraxılan pul nişanlarının Mərkəzi Bankda ən son texnoloji standartlara cavab verən avtomatlaşdırılmış banknot emalı avadanlıqlarında yüksək təzyiqli hava axınları vasitəsilə xüsusi infraqırmızı və ultrabənövşəyi şüalandırmadan keçməklə yüksək temperatur rejiminə malik qablaşdırma sistemlərində müxtəlif toz və çirklərdən sterilizasiya olunaraq qablaşdırıldığını açıqlamışdı.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top