Ərdoğan S-400-ün aktiv hala gətiriləcəyi tarixi AÇIQLADI


Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan S-400 hava hücumundan müdafiə sistemlərini nə vaxt aktivləşdiriləcəyini açıqlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan aprel ayında S-400 hava hücumundan müdafiə sistemlərinin aktivləşdiriləcəyini bildirib: "S-400 hazırda bizimdir, təlimlər davam etdirilir. S-400-ün əksər hissələrini almışıq, hamısı əlimizdədir. Aprel ayından etibarən aktiv hala gətiriləcək. ABŞ-a isə əvvəllər də demişəm əgər, bizə Patriot vermək istəsələr, satın ala bilərik".
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top