Alimlərdən koronavirusla bağlı YENİ AÇIQLAMA – Bu növü daha kəskin və sürətlə yayılır


Çində aparılan araşdırma nəticəsində alimlər yeni növ koronavirusun iki tipə bölündüyünü təyin ediblər.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Pekin Universiteti Həyat Elmləri Fakültəsi və Pasteur İnstitutunun mütəxəssisləri koronavirusun iki fərqli, “L” və “S” tiplərinə bölündüyünü təyin ediblər. Bildirilir ki, ilk olaraq yüngül və gec yayılan “S” tip koronavirus ortaya çıxıb. Daha sonra isə sürətlə yayılan, yəni “L” tip növü yaranıb və bugünə qədər xəstələrin 70%-i bu növə yoluxub.
Lakin mütəxəssislər “L” tip koronavirusun yanvar ayının əvvəlindən etibarən azalmağa başladığını bildirsələr də, bunun səbəbini müəyyən edə bilməyiblər.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top