Dünən Moskvada Türkiyə və Rusiya heyəti arasında baş verən görüş zamanı kameralar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya heyəti arasındakı maraqlı bir dialoqu lentə alıblar.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Ərdoğan Rusiya lideri Vladimir Putin ilə keçirdiyi mətbuat konfransından sonra, bağlanan müqaviləyə görə həmkarını təbrik edən Xarici İşlər naziri Lavrov və Müdafiə naziri Şoyqunun yanına gəlib və onlara “Hazırda Əsəd ilə danışıldı?” deyə sual ünvanlayıb. Lavrov isə cavabında “Proses davam edir” deyə bildirib.
Bu dialoqa əsasən, Bəşər Əsəd rejiminin Rusiya ilə bağlanan atəşkəsə əməl edib-etməyəcəyinin dəqiqləşmədiyi iddia edilib. Bildirilib ki, bununla bağlı danışıqlar davam etməkdədir.
Qeyd edək ki, dünən Kremldə Rusiya və Türkiyə arasında danışıqların yekunu ilə bağlı sənəd imzalanıb və Suriyada 6 kilometr uzunluğunda təhlükəsizlik dəhlizinin yaradılması haqqında razılığa gəliblər.