Azərbaycanda daha bir ağır yol qəzası - 3 nəfər faciəvi şəkildə öldü


Siyəzən rayonunda “КамАЗ” markalı yük avtomobili və “Renault” markalı minik avtomobili toqquşub. 

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top