Türkiyə və Rusiya İdlib barədə razılıq əldə etdi - Gecə 00:01 etibarilə...


Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Moskvadakı görüşünün nəticəsi açıqlanıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Moskva görüşündən sonra İdlib barədə razılıq əldə edilib. Görüşdən sonra Ərdoğan çıxış edərək gecə 00:01 etibarilə İdlibdə atəşkəs elan edildiyini bildirib: "Atəşkəsin davamlı olması üçün lazımi işlər sürətlə görülməli və aktiv şəkildə davam etməlidir".
Putin isə Moskva görüşündə çox həssas və gərgin vəziyyəti müzakirə etdiklərini bildirib:
"Şəxsi və yaxın təmaslarımız, həm də birlikdə gördüyümüz işlər problemləri həll etməyə və beynəlxalq məsələlərə birgə yanaşmağımıza dəstək olur".
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top