Ronaldinyo həbs oluna bilər


Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo həbs oluna bilər.

İspaniya "Barselona"sının keçmiş ulduzu Paraqvayda yerli polislər tərəfindən saxlanılıb. Cənubi Amerika ölkəsində Ronaldinyonun həbsinə qərar imzalanıb. O, ölkəyə saxta sənədlərlə daxil olmaqda şübhəli bilinir.

Polis onun qardaşı ilə birlikdə qaldığı otelin otağında axtarış aparıb. Hazırda onların hər ikisi hüquq-mühafizə orqanlarının nəzarəti altında qaldıqları oteldə saxlanılır. Futbolçu Paraqvaya uşaqlar üçün pulsuz səhiyyə proqramını təqdim etmək üçün gəlib.

Ronaldinyo bir müddət öncə vergidən yayındığına görə cərimələnmişdi. Belə ki, futbolçuya məxsus 18 mülkə görə uzun illərdir vergi ödənmir. Bununla yanaşı o, göl ətrafında tikdirdiyi malikanəyə görə 20.2 milyon dollar dəyərində cərimələnib.

Qeyd edək ki, Ronaldinyo 2018-ci ildə futbolçu karyerasına son qoyub. O, 2003-2008-ci illərdə "Barselona"nın heyətində iki dəfə İspaniya çempionu, bir dəfə isə Çempionlar liqasının qalibi olub.//sputnik.az

DİGƏR XƏBƏRLƏR

Top