İran xəstəxanalarındakı azərbaycanlılardan xəbər: Həkim arayışından sonra qərar veriləcək

“İranda yaşayan azərbaycanlılar sabah təxliyyə ediləcək”.

Yeniavaz.com xəbər verir ki, modern.az-a bu barədə Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, İrandakı azərbaycanlılar sabah quru yolu vasitəsi ilə Astaradan təxliyyə olunacaq:

“Təxliyyə olunmaq istəyən azərbaycanlılar konsulluğun və səfirliyin qaynar xəttinə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Müraciət edən şəxslərin siyahısı hazırlanır, iki gündən bir bacardığımız qədər İranda yaşayan vətəndaşlarımızı Azərbaycana təxliyyə edəcəyik. Xəstəxanada olan azərbaycanlıların vəziyyəti barədə isə həkim arayışı verəcək, ondan sonra onların təxliyyə olunub-olunmaması ilə bağlı qərar verəcəyik”.

Konsulluq rəsmisi növbəti təxliyyə prosesinin vətəndaşların müraciəti əsasında, yəni müraciət sayının çoxluğuna əsasən qarşıdakı günlərdə olacağını da əlavə edib:

“Hələ ki, qaynar xəttə müracitələr daxil olur. Müraciətlər bitənədək təxliyyə məsələsi də aktual olacaq.

Sabah Azərbaycana qayıda bilməyən vətəndaşlar indi, ya da sabah müraciət etməklə növbəti günlərdə təxliyyə oluna bilərlər”.

DİGƏR XƏBƏRLƏR

Top