Bakı aeroportunda taksilər dezinfeksiya olunur - FOTO

Ölkədə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin tabeliyində “Bakı Taksi Xidməti” MMC-nin paytaxtda xidmət göstərən avtomobil vasitələrinin gündəlik dezinfeksiya edilməsi təmin olunur.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında xidmət göstərən taksilərdə aparılan zəruri profilaktik tədbirlər və dezinfeksiya işləri də mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Hava Limanında xidmət edən “Bakı Taksi Xidməti”nə məxsus bütün taksilər növbəli şəkildə dezinfeksiya olunur.

Qeyd edək ki, səhər növbəsində olan avtomobillərdə gecə, gecə növbəsində olan avtomobillərdə isə səhər saatlarında dezinfeksiya işləri həyata keçirilir.

Virusa yoluxma hallarının qarşısının alınması və bu sahədə aparılan müvafiq tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə sürücülər antiseptik məhlullar və lazımi profilaktik vasitələrlə təmin olunublar.

DİGƏR XƏBƏRLƏR

Top