Prezident Təhsil Nazirliyinə vəsait ayırdı - SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağstafa rayonunun Sadıqlı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Yeniavaz.com xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Ağstafa rayonunun Sadıqlı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top